Xəzər Xəbər

Azərbaycan-Qazaxıstan əlaqələri daha da dərinləşir VİDEO

Veb TV | 22:15 • 24 Avqust 2022
Azərbaycan-Qazaxıstan əlaqələri daha da dərinləşir

Qazaxıstan vətən müharibəsində haqq-ədalətin yanında oldu. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında da töhfə vermək istəyir. Bu gün Azərbaycanla Qazaxıstan arasında demək olar ki, bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə davam edir. Elə bunu bu gün iki ölkə arasında imzalanmış sənədlər də göstərir. Prezident İlham Əliyevin xarici siyasətində Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirilməsinə hər zaman xüsusi əhəmiyyət verilib. Elə bunun nəticəsidir ki, hazırda iki ölkə arasına istər siyasi, istərsə də iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədlinin sözlərinə görə, ümumilikdə Azərbaycan ilə Qazaxıstan arasında 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına daha da töhfə verib. Qazaxıstan prezidetinin ölkəmizə səfəri çərçivəsində bağlanan müqavilələr bu əməkdaşlığı daha da dərinləşdirəcək Ekspertin fikrincə, Qazaxıstanın timsalında Azərbaycanın müttəfiqlərinin sayı artır. Bundan əvvəl Türkiyə ilə müttəfiqlik sazişinin imzalanması, eləcə də Özbəkistanla əlaqələrin daha da möhkəmləndirilməsi dövlət başçısı İlham Əliyevinin xarici siyasətinin uğurlu olmasından xəbər verir. Qazaxıstan da digər tərəfdaş dövlətlər kimi işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında maraqlıdır.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Qazaxıstan haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024