Xəzər Xəbər

Birinci Qarabağ müharibəsi əlillərinə SEVİNDİRİCİ XƏBƏR VİDEO

Birdəfəlik ödəmələrin verilməsi prosesinə başlanılıb
Veb TV | 22:00 • 24 Avqust 2022
Birinci Qarabağ müharibəsi əlillərinə SEVİNDİRİCİ XƏBƏR

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı prosesi davam edir. Artıq birdəfəlik ödəmə alan müharibə əlillərinin sayı 13 mini ötüb. Bu barədə Dövlət Sosial müdafiə fondundan məlumat verilib. Bildirilib ki, birdəfəlik ödəməni almağa hüququ çatan şəxslərdən 571-i artıq dünyasını dəyişib. Bu səbəbdən ödəmələr onların vərəsələrinə verilib.

13 mindən artıq I Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmələr verilib.

Verilən ödəmələrin ümumi məbləği 80 milyon manat təşkil edir. Bunu DSMF-nin idarə heyəti sədrinin müavini Zəka Mirzəyev bildirib.

Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərin diqqət etməli olduğu məqamlar var. Belə ki, yalnız 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular dəstək proqramından yararlana bilər. 1997-ci ildən sonra müharibədə xəsarət alan şəxslərə isə o halda ödənişlər verilir ki,  onların vaxtilə aldıqları məbləğ bu günkü birdəfəlik ödəmə üçün müəyyən edilən müvafiq məbləğlərdən aşağı olsun.

Birdəfəlik ödəməni almağa hüququ çatan 13 min şəxsdən 571-i artıq dünyasını dəyişib. Bu səbəbdən ödəmələr onların vərəsələrinə verilib.

Qeyd edək ki, birdəfəlik ödəmələrin verilməsi prosesi növbəti 2-3 ay ərzində tam başa çatacaq.

 

 

Xəbər lenti

Çox oxunanlar