Xəzər Xəbər

30 ildir su üzünə həsrət qalan qəsəbə VİDEO

Veb TV | 21:15 • 24 Avqust 2022
30 ildir su üzünə həsrət qalan qəsəbə

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsi, Dənizçilər məhəlləsinin sakinləri su üzünə həsrətdirlər. Onlar uzun illərdir ki, suyu ya maşınla alırlar, ya da hardansa vedrələrlə daşıyırlar. 100-dən artıq evin sakinləri nə vaxt aydınlığa qovuşacaq?

Sakinləri deyirlər ki, burada su problemi 30 ildir davam edir. Bu illər ərzində suyu maşınlarla alıblar ki, bu da maddi baxımdan əlavə xərc olmaqla yanaşı, həm də gigiyenik cəhətdən təhlükəlidir.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, həmin ərazidə mərkəzləşmiş şəbəkə qurulmayıb. Ərazinin bir hissəsində "Azərsu"nun daxili imkanları hesabına şəhid ailələri və qazilər olan istiqamətdə su xəttləri çəkilib. Gələcəkdə su olmayan digər evlərin su təminatının həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar