Sumqayıtda piyada səkisi üzərində olan obyektlər sökülür. Artıq Məzahir Abdullayev küçəsinin bir hissəsində uzun illərdir piyada səkisində tikilmiş obyektlər ləğv edilir. Söküntü işləri sakinlərin şikayəti əsasında aparılır. Ancaq bu vəziyyət obyekt sahiblərinin ürəyincə olmayıb. İddia edirlər ki, onlara əvvəlcədən xəbərdarlıq edilməyib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, ərazidə illərdir fəaliyyət göstərən obyekt sahiblərinə dəfələrlə yazılı və şifahi bildirişlər verilib. Ötən gün isə sonuncu xəbərdarlıq edilib.
Digər küçələrdə də piyada səkilərinin üstündə tikilmiş obyektlərin söküləcəyi bildirilir. Proses bütün şəhəri əhatə edəcək.