Xəzər Xəbər

Laçından yeni görüntülər yayıldı VİDEO

Azərbaycanlı jurnalist Laçında olub
Veb TV | 09:30 • 24 Avqust 2022
Laçından yeni görüntülər yayıldı

Caliber.az saytı Laçından xüsusi reportaj hazırlayıb.

Saytın müxbiri Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının müşayiəti ilə Laçına yola düşüb.

Reportajda qeyd edilir ki, Laçın şəhəri sanki 1992-ci ili xatırladır. Belə ki, buradakı bütün evlər, inzibati binalar, mağazalar köhnə və bərbad vəziyyətdədir. Hiss olunur ki, azərbaycanlılar buradan köçdükdən sonra sanki şəhər 30 ildir yuxuya qərq olub. Bu illər ərzində işğal altında olan Laçının infrastrukturunda heç bir dəyişiklik olunmayıb.

“Geri qayıdırıq. Laçında yolunun kənarında nəhəng torpaq sahələri var. Vadidə meşələrin və çəmənliklərin necə yandığını aydın görmək mümkündür. Meşələr sadəcə yandırılmır, həm də ağaclar kəsilməklə məhv edilir. Kəsilmiş qoz ağacları yolun kənarına düzülür. Qiymətli ağaclar daha sonra satıla bilər. Azərbaycan ərazilərini tərk etməkdən məyus olan erməni kişiləri evləri sökür, qadınlar və uşaqlar isə dağ böyürtkənlərini toplayırlar”, - deyə reportajda bildirilir.

Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilərin həmin əraziləri tərk etməsi üçün avqustun sonunadək vaxt verilib.




Xəbər lenti

Çox oxunanlar