Bakının Nabat Aşurbəyova küçəsini şəhərin mərkəzindəki ən ziddiyyətli yerlərdən hesab eləmək olar. Çünki burada bir tərəf gül-çiçəklə əhatələnib, digər tərəf isə xarabalığı xatırladır.
Parkın düz yanında yerləşən zibillik yolu oradan keçən qadın və uşaqları qorxuya salır. Bəs bu ziddiyyət nə zaman aradan qaldırılacaq?
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, ətraf ərazilərdə gedən təmir-tikinti işlərindən sonra bura atılan zibillərin həcmi artıb, həmçinin parkın zibilləri də bura tökülür.
Məsələyə münasibət bildirən Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ədalət Bağırov bildirib ki, sözügedən məkan mərkəzi parkın ərazisidir. Yaxın vaxtlarda parkın davamı kimi orada da təmir-tikinti işlərinin görülməsi nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: