Daşkəsəndə 29 yaşlı qadın qətlə yetirilib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə avqustun 22-i, saat 11 radələrində rayonunun Bayan kəndi ərazisində törədilib.
1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qayınatası, 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən 29 yaşlı Nəzakət Həsənovanın qayınanası Gülövşə Mustafayeva deyib ki, hadisə qəfildən baş verib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
58 yaşlı Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq tədbirləri davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: