Ermənistan mətbuatında Laçının Zabux kəndinin görüntüləri yayımlanıb. Kadrlarda boşaldılmış kənddəki son vəziyyət əksini tapıb. Ümumilikdə isə erməni mənbələri Laçında hələ də 3-4 ailənin qaldığını, onların da tezliklə rayonu tərk edəcəyini açıqlayıb.
Xezerxeber.az-ın məlumatına görə, kadrlarda tərk edilmiş, dağıdılmış və yandırılmış evlər yer alır.
Laçındakı qondarma administrasiyanın başçısı Narek Aleksanyan isə Laçın rayonundakı son vəziyyəti açıqlayıb.
"Sakinlərin çoxu artıq Laçını tərk edib. Hazırda rayonda biz də daxil olmaqla, iyirmiyə yaxın insan qalmaqdadır. Burada 3-4 ailə var, - deyə o qeyd edib.
Aleksyanın sözlərinə görə, qalan sakinlərin yarısı rayonu bu gün, digər yarısı isə sabah tərk edəcək. Həmin sakinlər rayon mərkəzində yerləşən meyvə mağazalarının sahibləridir.
Aleksanyan deyib ki, sakinlər təxliyə zamanı şəxsi əşyalarını özləri ilə götürə bilib. Onun sözlərinə görə, Laçını tərk edənlərin çoxu Zəngəzura gedib, bir neçə nəfər isə Xankəndiyə və Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazilərə köçüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: