Xəzər Xəbər

Azərbaycanda təmassız ödəniş sistemi istifadəyə verilib VİDEO

Veb TV | 20:27 • 23 Avqust 2022
Azərbaycanda təmassız ödəniş sistemi istifadəyə verilib

Azərbaycanda bu gündən etibarən ''google pay'' təmassız ödəniş sistemi istifadəyə verilib.

Xezerxeber.az-ın məlumatına görə, artıq NFC texnologiyasını dəstəkləyən android sistemli telefon işlədən şəxslərin üzərlərində bank kartlarını daşımağa ehtiyac qalmayacaq.

İnnovativ bizneslər üzrə mütəxəssis Nicat Manafov bildirib ki, bu sistem vasitəsilə istənilən ödənişləri telefon vasitəsilə etmək mümkündür. Yetər ki, banklar bu sistemə qoşulsun.

Nicat Manafovun sözlərinə görə,  ''google pay'' sistemi özü bank məlumatlarının təhlükəsizliyinə tam zəmanət verir. Bununla belə, vətəndaşlar "google" hesabı yaradarkən diqqətli olmalı və məlumatlarını üçüncü tərəflə bölüşməməlidirlər. Həmçinin telefon itirildikdə və ya oğurlandıqda mütləq banka məlumat verilməli, kart hesabları blok edilməlidir.

Ekspert onu deyib ki, android telefonlarda ekran kilidi açılanda sistem avtomatik aktiv hala gəlir. Buna görə də zəruri olmadığı təqdirdə telefonlar post terminallardan minimum 4 sm uzaq tutulmalıdır.

Qeyd edək ki, Azərbaycanda bundan əvvəl iOS sistemli telefonlarda da təmassız ödəniş texnologiyası aktivləşdirilmişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Çox oxunanlar