Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ceyhun Hüseynov saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, onun üzərinə və həyətində saxladığı avtomobilinə baxış keçirilən zaman 2 kiloqram 200 qrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Akşin Qəniyev və Fədail Qəniyev isə Cəlilabad rayonu ərazisində şübhəli şəxs kimi saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 3 kiloqrama yaxın heroin, 1 kiloqram 240 qram tiryək, 5 kiloqramdan artıq marixuana və 835 qram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər. Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları da narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Sasun Yusufovu saxlayıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 11 kiloqram 198 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Sasun Yusufovun barəsində həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: