Ermənilər Laçın şəhəri, Zabux və Sus kəndlərini tərk edərkən yenə də timsah göz yaşları tökərək dünyaya car çəkirlər ki, onları ata-baba yurdlarından qovurlar. Biz isə yaxşı bilirik ki, bu yaşayış məntəqələrində heç vaxt ermənilər yaşamayıb.
Bu yaşayış məntəqələrinin illərə görə etnik tərkibinə nəzər salaq.
30 ilə yaxın işğal altında qalan Zabux kəndi, azərbaycanlıların viran qoyulmuş evləri.
Laçın şəhərinin mərkəzi, Zabux, Sus və digər kəndləri Vətən müharibəsindən sonra Laçın dəhlizinə görə, 2 ilə yaxın rus sülhməramlılarının nəzarətində qaldı. Çünki Ermənistanı Qarabağla birləşdirəcək başqa infrastruktur yox idi. Azərbaycan Laçın şəhərinin kənarından keçən yeni Laçın yolunu çəkdikdən sonra ermənilərdən bu yaşayış məntəqələrindən çıxmalarını tələb etdi. və bu tələb 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsaslanır. Ermənilər isə yenə yaylığı əllərinə alıb 'Zabux kəndinin sakinlərini evlərindən çıxarırlar' deyə ağlamağa başladılar.
Laçında əvvəllər ümumiyyətlə ermənilər yaşamayıb.
Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb, 1926-cı ildən Laçın adlandırılıb. Şəhərin əhalisi azərbaycanlılardan ibarət olub.
Zabux kəndı Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşir. Keçmiş adı Xut Zabux olub. 1823-cü ildə Zabuxlu kəndi kapitan Hacı Ağalar bəyə aid müsəlman kəndi kimi qeyd edilib. Laçının bir çox kəndi kimi Ermənistanla sərhəddə yerləşir. Emənistana gedən Beynəlxalq avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçirdi. Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olub.
Sus kəndi Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasında yerləşir. Sus sulu yer deməkdir.
Əsas təsərrüfatı heyvandarlıq, bağçılıq və əkinçilik idi. Buranın da əhalisi azərbaycanlılar olub.
Laçınlıların və tarixçilərin dediyinə görə, onlar da əsasən Emənistandan gəlib usta və fəhlə kimi işləyənlər olublar. Laçın rayonu ərazısındə etnik ermənilərin kompakt yaşadığı yaşayış məntəqəsi olmayıb. Ona görə də ermənilərin bu ərazidə məskunlaşdırılması beynəlxalq hüquq normalarının pozulmasıdır. 1949-cu il Cenevrə Konvensiyası və protokollarına ziddır. Ermənistanın bunun üçün Laçın şəhəri və Zabux kəndini seçməsi də təsadüfi deyil. Onlar strateji yol olan Laçın koridorunun ətrafında demoqrafik vəziyyəti öz xeyirlərinə dəyişmək istəyiblər. Ancaq Azərbaycanın qısa müddətdə çəkdiyi yeni yol Ermənistanın planlarını bu məsələdə də alt-üst etdi.