Dövlət başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində müxtəlif yollar inşa edilir. Burdakı rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur.
Qubadlı - Eyvazlı avtomobil yolunun inşası sürətlə davam etdirilir.
28,5 km uzunluğa malik yol 2 zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolu boyunca geniş miqyaslı tikinti işləri aparılır. 28.5-ci km-lik hissədə yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün bitgi qatının çıxarılması, qazma, əks dolğu, dağ yamaclarının kəsilməsi, dağlarda qırıcı üsulu ilə yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir. Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin avtomobil körpülərinin inşaası aparılır.
Qeyd edək ki, Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.