Azərbaycan ordusunun qanunsuz erməni silahlı qruplaşmalarına qarşı həyata keçirdiyi ''Qisas'' əməliyyatı vətəndaşların yüksək rəğbətini qazanıb. Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda respondentlərin 84.1 %-i bu əməliyyatların davam etdirilməsini dəstəkləyib.
Respondentlərin 17,2%-i hərbi əməliyyatları Azərbaycan ərazisində yalnız bir milli ordunun varlığının göstəricisi kimi xarakterizə edib.
Azərbaycanın hərbi əməliyyatlarla Ermənistanı sülhə məcbur etdiyini düşünənlərin göstəricisi isə 13,3% təşkil edib. Bununla yanaşı, sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin mütləq əksəriyyəti Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar barədə məlumatlıdır.
Sorğu çərçivəsində bütün iqtisadi rayonlar əhatə edilməklə 384 respondentin rəyi öyrənilib.