Şimal bölgəsində meşə yanğınları zamanı alovlar Şabranın Dağbilici kəndindəki evlərə keçmişdi. Nəticədə bir ev tamamilə yanıb. Bir neçə təsərrüfata isə ciddi ziyan dəyib. Rayonun məsul şəxsləri həmin kənddə olublar. Əmlaklara dəymiş ziyanla bağlı araşdırma aparılır.
Ölkədə günlərdir davam edən meşə yanğınları yaşayış evlərinə də ziyan vurub.
Şabranın Dağbilici kəndində yaşayan bir neçə ailənin evi tamamilə yanıb.
Yanğından zərər çəkən sakinlərdən biri Bayram Ağasiyev deyir ki, evlərindən heç nə çıxara bilməyiblər.
Bəzi sakinlərin isə evlərinə deyil, təsərrüfatlarına ciddi ziyan dəyib. Texnikaların bir qismi yanıb.
Hazıra rayon icra hakimiyyətinin məsul əməkdaşları əmlaklara dəymiş ziyanla araşdırma aparırlar. Qiymətləndirmə üçün qeydlər götürülüb.
Qeyd edilib ki, ilkin araşdırmaların nəticələri ilə bağlı məlumatlar aidiyyəti üzrə təqdim ediləcək.