Ermənilərin Laçını tərk edərkən oradakı evləri, meşə sahələrini yandırmaları bütün dünya ictimaiyyətinin olduğu kimi, qonşu Gürcüstan xalqının da narazılığına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, Gürcüstanın tanınmış politoloqları da ermənilərin bu əməlinə öz etirazlarını bildiriblər.
"Xəzər Xəbər"in Gürcüstan bürosuna müsahibəsində gürcü politoloq Quram Marxuliya bunu ermənilərin növbəti vandallığı adlandırıb.
Qonşu ölkənin vətəndaşları ümid edirlər ki, Azərbaycanın səyləri nəticəsində tezliklə Cənubi Qafqazda dayanqlı sülh təmin olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: