Mingəçevirdə Kür çayı sahilində yerləşən parkda şam ağacları quruyaraq məhv olur.
Sakinlərin sözlərinə görə, belə vəziyyət bir neçə aydır ki, davam edir.
Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildirilib ki, mövcud vəziyyətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Aidiyyəti qurumların mütəxəssisləri tərəfindən qurumuş ağaclara baxış keçirilib.
Bildirilib ki, ağacların vəziyyəti bundan sonra da nəzarətdə saxlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: