Xəzər Xəbər

Ermənilər Laçında son günlərini yaşayırlar ŞƏHƏRDƏN REPORTAJ/VİDEO

Laçından çıxmağa hazırlaşan ermənilər acınacaqlı vəziyyətlə üz-üzə qalıblar
Veb TV | 19:44 • 21 Avqust 2022
Ermənilər Laçında son günlərini yaşayırlar

Ermənilər qeyri-qanuni məskunlaşdıqları Laçın şəhərində son günlərini yaşayırlar. Şəhər demək olar ki, tam boşaldılır. Artıq xeyli sayda erməni Laçını tərk edib.

Xezerxeber.az-ın məlumatına görə, Rusiyanin "Qafqaz düyünü" saytının əməkdaşları bu gün Laçın şəhərində olublar. Onlar şəhərdəki son vəziyyəti işıqlandırıblar.

Məlum olub ki, ermənilər qəbriləri qazaraq cəsədlərin qalıqlarını da özləri ilə aparıblar. Bir binanın isə pəcərələri və qapıları sökülüb.

Laçında son günlərini yaşayan bir erməni isə əşyalarını təcili tibbi yardım avtomobilinə yükləyib yola düşməyə hazırlaşır.

O da məlum olub ki, Laçında ərzaq qıtlığı yaşanır. Aydın olub ki, Laçından çıxmağa hazırlaşan ermənilər acınacaqlı vəziyyətlə üz-üzə qalıblar. Qarınlarını doyurmağa pirojkidən başqa heç nə yoxdur.

Buradakı yeganə mağazanın vitrinlərində isə kofe və quru yeməklərdən başqa almağa heç nə qalmayıb. Saytın müxbiri həmin mağazaya daxil olaraq satıcıdan ümumi vəziyyəti soruşub. Mağaza sahibi Aida Balikyan Ermənistan hakimiyyəti tərəfindən aldadıldıqlarını deyib.

Ermənilərin evin divarına yazdıqları bir cümlə isə xüsusilə diqqət çəkir: "İkinci dəfə tərk edirik. Tanrım geriyə yolu bağlama".

Ermənilər bu yazı ilə əslində özlərini ifşa ediblər. Çünki onlar ikinci dəfə tərk edirlər. Bir dəfə Livan və Suriyada yaşadıqları ərazini, indi isə 30 ilə yaxın qanunsuz olaraq məskunlaşdıqları tarixi Azərbaycan torpaqlarını. Əslində onlar başqa bir ölkənin ərazisinə köçərkən bir gün bu torpaqların əsl sahiblərinin geri qayıdacağı günü düşünməli və burada məskunlaşmaqdan imtina etməli idilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar