Cəlilabad rayonunun Göytəpə şəhərindəki bazarda güclü yanğın baş verib.
Xezerxeber.az-ın məlumatına görə, yanğn nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.
Bir neçə gün əvvəl nisyə 15 min manatlıq mal alaraq bazara gətirən sahibkarlardan birinin bütün malları yanıb. O, göz yaşını saxlaya bilməyib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olan kimi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğın söndürülərək digər ərazilərə keçməsinin qarşısı alınıb.
Göytəpə şəhər bələdiyyəsinin verdiyi ilkin məlumata görə, yanğın zamanı 1200 kvadratmetr sahə olmaqla 20-yə yaxın sahibkarın mağazası yanıb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: