Quru sərhədlər bağlıdır, aviabiletlərin qiyməti isə bahadır. Buna görə də xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilməsi təklif olunur.
Xezerxeber.az-ın məlumatına görə, bu təkliflə çıxış edən millət vəkili Ceyhun Məmmədov deyir ki, qonşu Türkiyə də daxil olmaqla dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrindən istifadədə tələbələrə güzəştlər edilir.
Burada məqsəd tələbələrin bir çox sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də dövlətin qayğısını hiss etmələridir.
Millət vəkili hesab edir ki, bu sahədə ölkəmizdə tələbələrə cuzi də olsa güzəştlər edilməlidir.
Bundan əlavə, Ceyhun Məmmədov ölkə ərazisində də tələbələrin ictimai nəqliyyatdan istifadəsində güzəştlərin edilməsini təklif edir.
Millət vəkili qeyd olunan təkliflərin tezliklə reallaşdırılacağına ümid etdiyini bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: