Xəzər Xəbər

Çörəyin qiymətində dəyişiklik BU TARİXDƏN gözlənilir VİDEO

Çörəyin qiyməti ilə bağlı AÇIQLAMA
Veb TV | 21:15 • 20 Avqust 2022
Çörəyin qiymətində dəyişiklik BU TARİXDƏN gözlənilir

Un və çörək istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər sözügedən məhsulların qiymətində artım olacağını bəyan etmişdilər. Çörəyin qiymətinin 5 qəpik qalxacağı ilə bağlı rəsmi məlumat yayıldı. Amma bugün bəzi mağazalarda fərqli mənzərə yaşanıb.

Çörəyin qiymətində heç bir dəyişiklik olmayıb. Satış köhnə qiymətlərə həyata keçirilib. Məsələn, çəkiliş apardığımız mağazalarda daha çox tələbatın olduğu 650 qramlıq çörək 70 qəpiyə deyil, 65 qəpiyə satılırdı.

Bəs buna səbəb nədir ?

Satıcıların sözlərinə görə, bugün zavodlardan çörək əvvəlki qiymətinə alınıb. Ona görə də artım edilməyib.

Əlaqə saxladığımız çörək zavodlarından bildirilib ki, mağazalarla yenidən müqavilə bağlanmalı və yeni qiymətlər sistemə salınmalıdır. Bu isə müəyyən qədər vaxt aparır. Ona görə də, artım bir neçə gündən sonra özünü büruzə verəcək.

Xəbər lenti

Çox oxunanlar