Xəzər Xəbər

Zabux sakinləri İlham Əliyevə təşəkkür etdilər - qayıdışa hazırlaşırlar VİDEO

30 illik Vətən həsrəti bitir
Veb TV | 20:30 • 20 Avqust 2022
Zabux sakinləri İlham Əliyevə təşəkkür etdilər - qayıdışa hazırlaşırlar

Laçın rayonun Zabux kənd sakinləri ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür ediblər. Onlar 30 illik həsrətində qaldıqları öz ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

30 illik Vətən, torpaq, yurd həsrətimizə son qoyulur. Abşeron rayonun Novxanı kəndində yaşayan Laçın rayonun Zabux kəndindən olan Məmmədovlar ailəsi deyib ki, Laçın şəhərində, Zabuxda işğal dövründə Ermənistanın törətdiyi müharibə cinayətinin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.

Sumqayıt şəhərində yaşayan Laçın rayonun Zabux Kənd sakini Rövşən Abbasov da bildirib ki, doğma kəndlərinin azad olunması onları çox qürurlandırır. Ölkə rəhbərinin Zabux kənd sakinlərinin öz yurd-yuvalarına qaytarılması ilə bağlı bu yaxınlarda səsləndirdiyiniz fikirlər onların sevincini daha da artırıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Laçın şəhəri, Zabux və Sus kəndləri ilə bağlı çıxışı 30 illik həsrətlə yaşayan sakinləri böyük həyəcan və sevinc göz yaşlarına qərq edib.

Xəbər lenti