Xəzər Xəbər

Adı olub, özü olmayan tibb məntəqəsi VİDEO

Veb TV | 19:45 • 20 Avqust 2022
Adı olub, özü olmayan tibb məntəqəsi

Qəbələ rayon mərkəzindən 35 km aralı olan solqıca və dandıx kənd sakinlərinə xidmət edən tibb məntəqəsi illərdir bağlı qalıb. Kəndə gələn yol çaylaq, bərbad olduğu üçün kənd sakinləri təcili yardım  xidmətindən də istifadə edə bilmirlər. Əlacsız qalan insanlar ilin əksər vaxtı  həyatlarını riskə ataraq xəstələrini sel sularından keçirib rayon mərkəzinə aparmalı olurlar.

Bu kəndlərin tibb məntəqəsinin adı var, amma özü yoxdur.

Qəbələ rayonun Solqıca və Dandıx kəndlərində 500 dən çox insan yaşayır. Rayon mərkəzindən 35 km aralı olan bu kəndlərin yolu Qaraçay çayından keçdiyi, çayın üzərində körpü olmadığı üçün ilin əksər vaxtları bu kəndlərə gediş gəliş çətin olur.

Elə bu səbəbdən kənd sakinləri təcili yardım xidmətindən istifadə edə bilmirlər. Solqıca kəndində 1986 -ci ildən fəaliyyət göstərən, Solqıca və Dandıx kəndlərinə xidmət edən yeganə tibb məntəqəsinin isə 2016-cı ildən  fəaliyyəti dayandırılıb. İndi kənd sakinləri hər hansı xəstəlik olduqda məcburiyyət qarşısında Qəbələ rayon mərkəzinə getməli olurlar ki, bəzən çayda sel su olduqda həyatlarını riskə atırlar.

Kənd icra nümayəndəsi Rauf Əliyev bildirib ki, 30 ilə yaxın Solqıca kəndində fəaliyyət göstərən tibb məntəqəsinin fəaliyyəti Qəbələ Mərkəzi Rayon Xəstəxanasının  rəhbərliyi tərəfindən dayandırılıb.

Qəbələ Rayon mərkəzi xəstəxanasından isə qeyd edilib ki, həmin kənddə məntəqənin fəaliyyətinin dayanması kadr olmaması səbəbindəndir. Kənddə heç olmazsa orta ixtisas təhsili olan tibb bacısı olsa kəndin uzaq məsafədə olduğu, yolun olmaması  nəzərə alınaraq tibb məntəqəsinin fəaliyyətə başlaması haqqında tədbirlər görülməsi planlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar