Qubada baş verən meşə yanğınları davam edir.
BAKU.WS xəbər verir ki, ərazidəki son vəziyyətlə bağlı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev baku tv-yə açıqlama verib.
O bildirib ki, hazırda lokallaşdırma işləri görülür. Prosesdə FHN-in 1 təyyarəsi və 3 helikopteri iştirak edir.
İcra başçısı söylədi ki, yanğının söndürülməsinə küləkli hava şəraiti mane olur.
Bundan əlavə başçı yanğına səbəb olan amillərin araşdırılacağını, günahkarların cəzalandırılaxcağını vurğuladı.
O, qeyd etdi ki, Qubada şəxsi təsərrüfata ziyan dəyməyib, amma digər rayonlardakı yanğınlarda zərər görənlərə dövlət tərəfindən kompensasiya ödəniləcək.