Bir neçə gündür şimal bölgəsində davam edən yanğın lokallaşdırılıb. Şabran və Qubada meşə yanğınları bu gün nəzarət altına alınıb.
Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi Azad Əliyev "Xəzər Xəbər"ə bildirib ki, bütün istiqamətlərdə alovlar söndürülüb.
Alovlarla mübarizə məqsədilə yanğınların baş verdiyi Quba və Şabranın ərazilərinə Mülki Müdafiə Qoşunlarının növbətçi briqadaları yerləşdirilib.
Aidiyyəti qurumların və yerli icra hakimiyyətlərinin də dəstəyi ilə mübarizə tədbirləri aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, yanğınlar 4 min hektara qədər ərazini əhatə edib.
Yanğınların yüksək dağlıq ərazilərdə baş verməsi, eləcə də güclü külək söndürmə əməliyyatlarını xeyli çətinləşdirib.
Bildirilib ki, yanğınlar tam söndürüləndən sonra dəymiş ziyan haqqında müvafiq araşdırmalar aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: