Xəzər Xəbər

Azərbaycanlı jurnalist Laçın dəhlizi və Zabux kəndində olub VİDEO

O, səfər təəssüratlarını ''Xəzər Xəbər''lə bölüşüb
Veb TV | 20:50 • 19 Avqust 2022
Azərbaycanlı jurnalist Laçın dəhlizi və Zabux kəndində olub

Azərbaycanlı jurnalist, "haqqın.az" saytının rəhbəri Eynulla Fətullayev Laçın dəhlizi və rayonun Zabux kəndində olub. 

O, səfər təəssüratlarını ''Xəzər Xəbər''lə bölüşüb.

Eynulla Fətullayevin sözlərinə görə, Ermənistanın siyasi -ideoloji mərkəzlərindən olan bir qrup təxribatçı, jurnalist və bloger Zabux kəndi ərazisinə göndərilib. Məqsəd yaxın müddətdə Laçın və Zabux kəndi ətrafında gərginliyin saxlanılmasıdır.

Jurnalist Zabuxda olan zaman həyatına təhlükə yaşanmasın deyə özünü Beynəlxalq Media İnstitutunun nümayyəndəsi kimi təqdim edib.

Eynulla Fətullayev bildirir ki, Laçındakı ermənilərdən bəziləri onu tanısa da, nədənsə biruzə vermək istəməyiblər. Haqqın.az saytının rəhbəri deyir ki, ermənilər kənddən çıxarkən qeyri-qanuni məskunlaşdıqları evlərin qapı-pəncərələrini və digər əşyalarını yük maşınlarına doldurub ərazidən uzaqlaşırlar. 

Jurnalistin sözlərinə görə, vətəndaşlar tam əmin ola bilərlər ki, Laçın şəhəri ətrafında gedən proseslər Azərbaycanın siyasi və hərbi nəzarəti altındadır. Hazırda Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər 10 noyabr üçtərəfli bəyanatına əsasən bu əraziləri boşaldır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar