"Ermənilər azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışını həzm edə bilmirlər. Laçının Zabux və Sus kəndlərində törədilən vəhşiliklər, meşələrin, evlərin yandırılması bunun bariz nümunəsidir''.
Bu fikirləri ''Xəzər Xəbər''ə açıqlamasında türkiyəli siyasi şərhçi Hakan Aktürk deyib.
Hakan Aktürk bildirib ki, ermənilər tarix boyu insanlığa sığmayan hərəkətlər ediblər. Onun sözlərinə görə, bütün xəbərdarlıqlara baxmayaraq onlar Kəlbəcərdə olduğu kimi, Laçında da öz çirkin əməllərini həyata keçirirlər: "İndi isə azərbaycanlıların dədə-baba torpaqlarını haqlı olaraq tərk edəcəklərinə görə infrastrukturdan, təbiətdən sanki qisas alırlar. Bu isə xainlikdir".
Hakan Aktürkün sözlərinə görə, ermənilər Laçında insanlığa sığmayan davranışlarına son qoymalıdırlar, hər hansı təxribat barədə düşünməməlidirlər. Çünki onlar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi altında nəyə qadir olduğunu görüblər.
''Əfsanəyə dönən ''Dəmir yumruq'' hələ də yerindədir. Ermənilər Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmalıdırlar'',- deyə ekspert vurğulayıb.
Siyasi şərhçi əlavə edib ki, 30 il torpaq həsrətində olan azərbaycanlıların bir qrupu artıq öz doğma yurdlarına qayıdıb. Yaxın vaxtlarda Laçının Zabux və Sus kəndləri də öz doğmalarının nəfəsini hiss edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: