Xəzər Xəbər

Un və çörək bahalaşıb VİDEO

Veb TV | 19:59 • 19 Avqust 2022
Un və çörək bahalaşıb

Un və çörəyin qiyməti dəyişir.

Xezerxeber.az-ın məlumatına görə, bu sahədə fəaliyyət göstərən iri istehsalçılar bununla bağlı birgə məlumat yayıb.

Çörəyin qiymətinin 5 qəpikdən çox artırılmaması razılaşdırılıb.

Birgə məlumatda qeyd edilib ki, əsas ərzaqlıq buğda istehsalçısı olan ölkələrdə yaranmış siyasi və hərbi münaqişələr səbəbilə dünya bazarlarında ciddi qiymət və tədarük riskləri, ərzaqlıq buğdanın logistik xərclərinin kəskin şəkildə yüksəlməsi, ixracın məhdudluğu və digər istehsalçı ölkələrin tətbiq etdiyi qadağalar qiymətlərin yüksəlməsinə səbəb olub.

Bütün bunlar nəzərə alınmaqla qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib. 50 kiloqluq kisə unun Bakıda ən yüksək qiymət həddi - 40 manat 70 qəpik müəyyən edilib. Unun yeni qiymətinə uyğun olaraq 500 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 55 qəpik, 600 qramlıq çörəyin qiyməti 65 qəpik, 650 qramlıq çörəyin qiyməti isə 70 qəpik təşkil edəcək.

Un satışı ilə məşğul olan sahibkarlardan biri ilə həmsöhbət olduq. O, bugündən topdansatış məntəqəsindən unun 50 kiloqramlıq kisəsini 40 manat 70 qəpiyə aldığını bildirib.

Bu gün mağazalarda çörək əvvəlki qiymətlərlə satışda olub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə bildirilib ki, ölkəmizdə ərzaqlıq buğda, un və çörəyin qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq formalaşır.

"Qanunvericiliyə əsasən, sahibkarlar öz məhsulları üçün qiymətləri sərbəst müəyyən edirlər. Ölkəmizdə un və çörəyin qiymətlərində manipulyasiyalara yol verilməməsi üçün Dövlət Xidməti qanuna müvafiq tədbirlər həyata keçirir, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı qanunvericiliyə əməl olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır", - deyə məlumatda qeyd olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar