Xəzər Xəbər

Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açacaq VİDEO

Veb TV | 20:15 • 18 Avqust 2022
Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açacaq

Ermənistan Azərbaycanla sərhəddə 3 sərhəd-buraxılış məntəqəsi açmağı planlaşdırır. Bu barədə ermənistan hökumətinin hüquqi aktlar üçün vahid saytında məlumat yerləşdirilib. Ermənistan höküməti buraxılış məntəqələrinin hansı ərazilərdə olacağını da açıqlayıb.

Ermənistan azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə "Zod", Sədərək rayonu ilə sərhəddə "Arazdəyən" və Qubadlı rayonu ilə sərhəddə "Eyvazlı" nəzarət-buraxılış məntəqələri açacaq.

Layihənin əsaslandırılmasında qeyd edilir ki, bu, Baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi göstərişləri yerinə yetirmək zərurətindən irəli gəlir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heryətinin sədrinin müavini Esmira Cəfərova deyib ki, buraxılış məntəqələri açılarsa birinci vacib məqam odur ki, təhlükəsizlik məsələsi ön planda dayanmalıdır. Çünki Ermnəistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, bu istiqamətlərdə təhlükəsizlik ermənistan və Rusiya tərəfindən təmin oluna bilər.

Esmira Cəfərova qeyd edib ki, sərhəddə 3 buraxılış məntəqəsinin açılması məsələsini Zəngəzur dəhlizinin reallaşmasına qarşı Ermənistan tərəfindən atılmış addım kimi də hesab etmək olar.

Qeyd edək ki, avqustun 4-də ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Ermənistan Naxçıvanla Azərbaycan arasında əlaqələri günü bu gün təmin etməyə hazırdır.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024