Ermənilər avqustun 25-nə qədər Laçın şəhərini və ətraf kəndlərini boşaltmalıdırlar. Evlərə və meşlərə od vurular gedərkən. Bu, vandalizmin növbəti nümunəsi olmaqla yanaşı, həm də o torpaqların onlara məxsus olmadığını bir daha göstərir. Tarixi saxtalaşdırmağa nə qədər çalışsalar da hər şey ortadadır. İnsan evini, yurd-yuvasını necə yandıra bilər ki? Azərbaycanlılar 30 il əvvəl ordan çıxanda bir evə belə ziyan vurmamışdılar. Çünki ora bizimdir. Orda yanan nadir ağaclar bizimdir.
Ermənilər gah öz yaşadığı evlərə od vururlar, gah da meşələr. Onlar bu vandallıqları ilə Qarabağın əzəli sakini olmadıqlarını bir daha sübut etdilər. Yanan meşənin fonunda həm də özlərini yandıran ermənilər bu dəfə də heç bir beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini göstərmiş oldular. Laçın sakinləri deyir ki, bu hal ilk dəfə deyil ki baş verir. Azərbaycan ərazisində məskunlaşmış ermənilərin analoji hərəkətləri artıq adi hal alıb.
Meşələrin yandırılması birbaşa insanlığa qarşı qəsd, ekoloji terrordur.Tarixən özgə torpaqlarında məskunlaşmış ermənilər üçün, bəlkə də, terrorizmdən, vandallıqdan daha asan nə isə yoxdur.
Yanğınlar çox qiymətli meşə sərvətlərimizin, nadir flora və fauna nümunələrimizin məhvinə gətirib çıxarır.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da tvitterdə mövzu ilə bağlı paylaşım edib. XİN rəsmisi ərazidən çıxan ermənilərin evləri dağıdaraq yandırdığını, bölgənin meşələrində yanğınlar törədildiyini və infrastuktur obyektlərinə ciddi zərər vurulduğunu bildirib. "Ermənistan sülhə belə hazırlaşır", - deyə diplomat sonda qeyd edib.
O, paylaşımına Laçın, Zabux və Susda vandallıq faktlarını sübut edən fotogörüntülər də əlavə edib.