Xəzər Xəbər

Generaldan Ermənistanla sərhəddə atəşkəsin pozulması ilə bağlı AÇIQLAMA VİDEO

Veb TV | 20:35 • 16 Avqust 2022
Generaldan Ermənistanla sərhəddə atəşkəsin pozulması ilə bağlı AÇIQLAMA

''Bir neçə halda sərhəddə Ermənistan silahlı qüvvələri tərəfindən terror-pozuculuq fəaliyyəti qeydə alınıb. Bölmələrimiz tərəfindən qarşısı alınraq adekvat tədbirlər görülüb''. Bunu ''Sərhəd Mühafzəsinin 103 illiyi'' ilə əlaqədar keçirilən mətbuat konfransında dövlət sərhəd xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bildirib.  

O qeyd edib ki, mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimin pozulması halları qeydə alınır. Belə faktlar mövcuddur.  
Onun sözlərinə görə hətta bir neçə halda ermənistan silahlı qüvvələri tərəfindən terror-pozuculuq fəaliyyəti də qeydə alınıb. Ancaq onun da qarşısı qətiyyətlə alınıb. 

Abbas Xəlilov eyvazlı sərhəd nəzarət postunun fəaliyyəti ilə bağlı da açıqlama verib. Qeyd edib ki, hazırda Eyvazlı Sərhəd Nəzarət postunda sıxlıq olmasa da, hərəkət var. 

Dövlət Sərhəd Xidmətinin generalı azad olunmuş ərazilərdə görülmüş işlərin statistikasını da açıqlayıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə isə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub.  

Abbas Xəlilov narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlərin daha çox İranla sərhəddə qeydə alındığını vurğulayıb. Qeyd edib ki, son vaxtlar işğaldan azad olunan Zəngilan və Cəbrayıl rayonlarının əraziləri istiqamətində də narkotiklərin ölkəyə keçirilməsi hallarına rast gəlinir. 

Qeyd edilib ki, son bir il ərzində ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanıb, 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib. Terrorçuluğa qarşı mübarizə çərçivəsində isə 6 nəfər saxlanıb.

Xəbər lenti