Xəzər Xəbər

Azərbaycanda FACİƏ: ana doğuş zamanı öldü, körpəsi isə... VİDEO

Hadisə Lənkəranda baş verib
Veb TV | 19:30 • 16 Avqust 2022
Azərbaycanda FACİƏ: ana doğuş zamanı öldü, körpəsi isə...

Lənkəranda ana doğuş zamanı dünyasını dəyişib. Ölüm hadisəsi Lənkəran Regional Perinatal Mərkəzində qeydə alınıb.

Astara rayonunun Rüdəkənar kənd sakini 26 yaşlı Elmirə Əhədli 3-cü övladını dünyaya gətirmək üçün mərkəzə çatdırılıb. Xəstənin yaxınları ilə söhbətimiz zamanı məlum oldu ki, ana Astaradan Lənkərana yola salınarkən, onda hər hansı bir xəstəlik və ya səhhəti ilə bağlı şikayət olmayıb. Buna baxmayaraq, qadın qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.

Lakin həkimlər uşağın həyatını xilas edə biliblər. Dünyaya gələn oğlan uşağıdır və çəkisi 2,8 kq-dır. Körpənin vəziyyəti ağır olaraq qalmaqdadır. Məhkəmə-tibbi ekspertizasının verəcəyi rəydən sonra ölümün başvermə səbəbi məlum olacaq. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, aparılmış müayinələrdən sonra dünən saat 19:40-da spinal anesteziya ilə qeysəriyyə əməliyyatı icra olunub. Daha sonra zahı qadın intensiv palataya köçürülüb. Saat 22:20 radələrində xəstənin vəziyyətində saturasiya itirilməsi ilə müşahidə olunan ağırlaşmalar olub və ana vəfat edib. Mərhumun nəşi aidiyyəti üzrə Lənkəran Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar