Laçın şəhərinin Zabux və Sus kəndlərinin sakinləri yaxın zamanda öz doğma yurdlarına qayıdacaqlar.
Xezerxeber.az-ın məlumatına görə, doğma yurda geri qayıdışı səbirsizliklə gözləyənlərdən biri də İsgəndərovlar ailəsidir.
30 il öncə dogma kəndini, ana vətənini tərk etmək məcburiyyətində qalan Şahin İsgəndərov deyir ki, nəinki Zabuxda, Susda bütün Laçın ərazisində keçmişdən köklü şəkildə məskunlaşmış erməni olmayıb.
Sus kənd sakini Şahin İsgəndərov 18 yaşında çıxdığı torpaqlara geri qayıtmaq üçün gün sayır.
Zabux və Sus kəndinin sakinləri çox yaxın zamanda doğma yurdlarına geri qayıdacaq. Və biz "Xəzər Xəbər" olaraq növbəti süjetimizi onların öz evlərindən hazırlayacağıq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: