İki günlük qiymət artımından sonra dünya bazarında neft korreksiya çərçivəsində ucuzlaşıb.
Birjalara əsasən görmək olur ki, Şimal dənizində hasil olunan "Brent" neftinin oktyabr fyuçersləri 0,47 % ucuzlaşaraq 1 bareli 99,13 ABŞ dollarına satılıb. Əvvəlki iki gün ərzində "Brent" nefti 3,39 %, bahalaşmışdı.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban bildirib ki, qiymətlərin bu qədər qeyri-stabil olmasının səbəbləri müxtəlifdir. Burada həm siyasi, həm də iqtisadi məsələlər var.
Ekspert siyasi gedişlərin, Rusiya-Ukrayna müharibəsinin də gedişatının neftin qiymətinə təsirini vurğulayaraq Azərbaycan neftinin vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib.
Ekspert neftin azalmasını nəzərə alaraq neftdən əldə olunan gəlirin sürətli şəkildə qeyri-neft sektoruna yönləndirilməsinin də vacibliyini vurğulayıb.