Xəzər Xəbər

Bu avtobuslar ölümə aparır, minməyin! - Sərnişinlərə xəbərdarlıq VİDEO

Diqqətli olun!
Veb TV | 19:30 • 12 Avqust 2022
Bu avtobuslar ölümə aparır, minməyin! - Sərnişinlərə xəbərdarlıq

Xəzər rayonu, Binə qəsəbəsində qanunsuz olaraq 20-yə yaxın mikroavtobusla sərnişin daşınır. Üstəlik avtobusların əksəri texniki tələblərə də cavab vermir. Çəkiliş edildiyini bilən kimi həmin mikroavtobusların sürücülərinin bəziləri suallarımızdan qaçdı. Danışanlar isə heç bir sənəd təqdim edə bilmədilər.

Qəsəbədə qanuni fəaliyyət göstərən avtobus xətlərinin sürücüləri bildirdilər ki, həmin mikroavtobuslar onlar üçün problemə çevrilib.

Sərnişinlər deyirlər ki, ''Bakıkart''a pul vura bilmədikləri üçün məcbur həmin mikroavtobuslara minməli olurlar.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, həmin mikroavtobuslar tam qanunsuz fəaliyyət göstərirlər. Agentlik həmin avtobuslarla bağlı zəruri tədbirlər görülməsi üçün bir neçə dəfə aidiyyəti qurumlara müraciət də ünvanlayıb.

Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Araz Əsgərli isə qeyd edib ki, mütəmadi olaraq xidmət zamanı polis tərəfindən belə sürücülər aşkarlanır və barələrində qanuni tədbirlər görülür. Polis bundan sonra da qanunsuz fəaliyyət göstərən belə şəxslərin aşkarlanması istiqamətində tədbirlər görəcək. Araz Əsgərli onu da bildirib ki, vətədaşlar diqqətli olmalı, təhlükəsizlikləri üçün bu cür xətlərdən imtina edərək qanuni xidmət göstərən avtobuslara minməlidirlər.

 

 

Xəbər lenti

Çox oxunanlar