Azərbaycanın Ermənistana qarşı mənəvi-psixoloji və siyasi təzyiqləri daha da artacaq. Bununla yanaşı,Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların hüquqları beynəlxalq səviyyədə tanınması üçün də işlər görüləcək. Bu məqsdlə ''Qərbi Azərbaycan İcması'' yaradılıb. Bəs bu icmanın əsas məqsədi nədən ibarət olacaq? İcma əsasən hansı işlər görəcək? Bütün bu suallara icmanın rəhbəri millət vəkili Əziz Ələkbərli aydınlıq gətirib.
Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqları beynəlxalq səviyyədə bərpası üçün daha ciddi işlər görüləcək.Bu məqsədlə ''Qərbi Azərbaycan İcması'' yaradılıb.
Yeni təşkilat "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin bazasında qurulub.İcmanın rəhbəri Millət vəkili Əziz Ələkbərli qarşıda duran vəzifələrlə bağlı ''Xəzər Xəbər''ə danışıb. Əziz Ələkbərli bildirib ki, 44 günlük Vətən müharibəsindən, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra bu gün artıq icmanın qarşısında daha böyük hədəflər durur.
Əziz Ələkbərli deyir ki,bu məqsədlərə çatmaq üçün icma ilk növbədə son iki yüz ildə Qərbi Azərbaycan ərazisindən deportasiya olunmuş azərbaycanlıların məskunlaşma xəritəsini hazırlanacaq, qeydiyyatı aparılacaq , onlar haqqında vahid informasiya bazası yaradılacaq. Daha sonra azərbaycanlıların deportasiya nəticəsində itirdikləri əmlak barədə təfsilatlı məlumatların toplandığı elektron informasiya resursu formalaşdırılacaq..Bununla yanaşı, soyqırıma məruz qalmış dini-tarixi-mədəni abidələrin tam qeydiyyatı hazırlanacaq...
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının heyətində Qərbi Azərbaycan əsilli 24 millət vəkili, 300 nəfərdən çox tanınmış ziyalı və ictimai-siyasi xadim var.