Ötən gün Türkiyədə daha bir ağır cinayət hadisəsi baş verib.
XəzərXəbər xəbər verir ki, Gencay Korur adlı şəxs ayrılmaq üzrə olduğu həyat yoldaşı Ayşəni qətlə yetirib.
Əvvəl, o qayınatasının evinə gedərək arvadı ilə danışmaq istədiyini bildirib. Gencay evə daxil olan zaman arvadını silahla qətlə yetirib.
Ayşe üçün təcili tibbi yardım çağırılıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Gencay Korur feysbuk hesabında törətdiyi cinayəti etiraf edib. O həyat yoldaşının fotosunu paylaşaraq namusunu təmizlədiyini bildirib.