Yaxın vaxtlarda Qarabağda yerləşən şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adlarının azərbaycan dilində göstərəcək. "Google" xəritəsinin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlanılıb. İşğaldan azad edilmiş ərazilərlə bağlı "Google" və digər xəritələrin yenilənməsi, həmçinin 3d xəritənin hazırlanması üçün hazırda işlər həyata keçirilir.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "4MAPS Bilgi Teknolojileri" MMC tərəfindən işğaldan azad edilmiş ərazilərimizlə bağlı "Google" və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.
"4MAPS Bilgi Teknolojileri" MMC-nin təsisçisi Abdullah Demirtaş bildirib ki, prosesə ilk olaraq Füzulidən başlanıb. Yaxın vaxtlarda onlayn xəritələrdə Qarabağda yerləşən şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adlarının Azərbaycan dilində göstəriləcəyi gözlənilir.
Xəritələrin yenilənməsində və 3D xəritənin hazırlanmasında "LİDAR" cihazından istifadə olunur.