Türkiyənin “Çimtaş” şirkəti tərəfindən hazırlann dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib.
Xezerxeber.az Trend-ə istinadən xəbər verir ki, Bakıda dirək platformasının ümumi hündürlüyü 191 metr olan dünyanın ən hündür bayraq dirəyinin quraşdırılması prosesi aparılır.
Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək, fırlanan seqmentdən ibarət olacağı gözlənilir.