Koreya Respublikasının paytaxt bölgəsində son üç gündə yağan 80 ilin ən şiddətli yağışları nəticəsində ən azı 16 nəfər ölüb və itkin düşüb.
Seulda bazar ertəsindən bəri 525 mm yağış yağıb və güclü daşqınlara səbəb olub. 2 600-dən çox ev su altında qalıb, 570 nəfər təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib. Seulla qonşu regionlarda 1,2 min vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb.
Xilasetmə xidmətlərinin bildirdiyinə görə, indiyədək doqquz nəfərin öldüyü təsdiqlənib. Daha yeddi nəfər itkin düşmüş hesab olunur. 17 nəfər yaralanıb.
Mənbə: TASS