Zəngəzur dəhlizi Ermənistanın öhdəliklərindən biridir. Bunu Ankarada Türkiyə mediasına müsahibəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov deyib. O qeyd edib ki, Ermənistan bunu şifahi olaraq qəbul edir, lakin praktikada ləngidir.
Müxtəlif bəhanələrlə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına zərər verməyin heç kəsə faydası yoxdur. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ərazisində Ermənistanla sərhədə qədər həm quru, həm də dəmir yollarının inşasının müvəffəqiyyətlə davam etdirildiyini, işlərin 50 faizdən çoxunun tamamlandığını qeyd edib. XİN rəhbəri əlavə edib ki, 2023-cü ildə Azərbaycan öz ərazisində bu işləri tamamlayacaq.
Ceyhun Bayramov deyib ki, Qarabağdakı son gərginliyin səbəbi Ermənistanın öhdəliklərini yerinə yetirməməsidir.
Nazir həmçinin bildirib ki, Ermənistanın normallaşma prosesinə zərər vurması heç kəsə fayda verməyəcək
Ceyhun Bayramov Avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qrup tərəfindən edilən hücumdan da danışıb. Bildirib ki, qəbuledilməzdir və bunu qınayırıq. xarici işlər naziri deyib ki, Azərbaycan Britaniyadan səfirliyə hücumla bağlı araşdırmanın nəticələrini gözləyir
Nazir bu hadisəyə səssiz qalmayan bütün ölkələrə təşəkkür edib.