Qəzada komaya düşən 7 yaşlı uşaq 3 gün sonra ayılıb. Ağır travmalarla - Kliniki Tibbi Mərkəzə gətirilən və üç gün komada olan yeddi yaşlı uşağın həyatı xilas olub. Hazırda 7 yaşlı Vəli Səfərovun xəstəxana şəraitində müalicəsi davam etdirilir.
Qəzada komaya düşən 7 yaşlı uşaq 3 gün sonra ayıldı.
Piyadanın vurulması nəticəsində olduqca ağır travmalarla - Kliniki Tibbi Mərkəzə gətirilən və üç gün komada olan yeddi yaşlı uşağın həyatı xilas olub.
Uşağın anası Ləman Səfərova deyir ki, oğlunu Bərdə rayonu, Qazaxlar kəndində, evlərinin qarşısında qardaşı və qonşunun uşağı ilə oynayarkən avtomobil vurub. Hadisə nəticəsində hər üç uşaq yaralansa da Vəlinin vəziyyəti daha ağır olub. Ləman Səfərovanın sözlərinə görə, məhz peşəkar həkimlərin vaxtında tibbi müdaxiləsi sayəsində oğlunun vəziyyəti hazırda yaxşıdır.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, xəstə iyulun 25-i axşam saat 21:30-da koma vəziyyətində Mərkəzə gətirilib və reanimasiyaya yerləşdirilib. Bir neçə günlük mübarizədən sonra komadan ayılan və müvafiq şöbəyə köçürülən uşağın vəziyyəti təkrarən pisləşdiyindən yenidən reanimasiyaya düşməli olur.
Hazırda 7 yaşlı Vəli Səfərovun xəstəxana şəraitində müalicəsi davam etdirilir.