Avqustun 6-da Babadağ ziyarətgahından qayıdan zaman dərəyə düşərək yıxılaraq öldüyü deyilən İsmayıllı rayonun Təzəkənd sakini 1968-ci il təvəllüdlü Mübariz Məmmədovun meyiti tapılmayıb. Şəxsin qohumları deyiblər ki, Mübariz Məmmədov itkin düşdüyü ərazidə dəfələrlə gedib və həmin adıçəkilən yerə yaxşı bələd olub.
FHN-dən verilən məlumata görə hazırda Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları tərəfindən təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və vasitələrdən istifadə olunmaqla, dronun müşayiəti ilə əlverişsiz hava şəraitində və çətin keçilən yerlərdə axtarış-xilasetmə işləri davam etdirilir. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.
Qeyd edək ki, Mübariz Məmmədov avqustun 6-da Babadağ silsiləsindəki ziyarətgaha gedən zaman itkin düşmüşdü. Ailəlidir, iki övladı ovladı var. O, Təzəkənddə yeləşən bağçada gözətçi işləyib.