Xəzər Xəbər

Allahşükür Paşazadə Azərbaycan səfirliyinə hücumu pislədi VİDEO

Veb TV | 20:30 • 8 Avqust 2022
Allahşükür Paşazadə Azərbaycan səfirliyinə hücumu pislədi

Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur və aşura günündəki birlik, bərabərlik bunun bariz göstəricisidir. Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Şeyxülislam və digər dini konfessiyaların nümayəndələri Azərbaycanın londondakı səfirliyinə hücumu pisləyiblər.

Şeyx bildirib ki, Azərbaycanda sabitliyi pozmaq istəyənlər buna nail ola bilməyəcək.

Allahşükür Paşazadə Azərbaycanın Londondakı səfirliyinə qarşı vandalizm hərəkətləri edənlərin Azərbaycan xalqına hörmətsizlik etdiyini vurğulayıb.

“İngiltərədə belə bir hadisənin baş verməsi bizi çox məyus edir. Bunun arxasında bəzi qüvvələrin və erməni lobbisinin ola biləcəyini düşünürəm. Hadisəni törədən şəxslərin cəzalandırılmasını və həmin qüvvələrin ölkədən çıxarılmasını tələb edirik"-deyə Paşazadə bildiirb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov da Azərbaycanın London səfirliyinə olan hücumu psiləyib və Azərbaycanın uğurlarının artmasının bir çox qüvvələri narahat etdiyinə diqqət çəkib.

Azərbaycan dağ yəhudiləri icmasının sədri Melix Yevdayev jurnalistlərə açıqlamasında Londonda Azərbaycan səfirliyinə qarşı törədilən vandalizmi tənqid edib.

Melix Yevdayev Azərbaycanda uzun illər mövcud olan xalq birliyinin heç bir qüvvə tərəfindən pozula bilməyəcəyini və bütün xalqlar bu torpaqlarda sülh, əmin-amanlıq şəraitində yaşamağa davam edəcəyini bildirib.

Xəbər lenti

Çox oxunanlar