Daşkəsən rayonu ərazisindən qısamüddətli sel keçib.
Bu barədə xezerxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, yağan leysan yağışlar nəticəsində 08 avqust saat 10:40 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar və Gəncəçay-Alaxançallı məntəqələrindən qısamüddətli sel keçib.