Xəzər Xəbər

Saatlıda vəziyyət kritik həddə çatdı: Əkilən məhsul sahələrdə məhv olub VİDEO

Veb TV | 14:17 • 8 Avqust 2022
Saatlıda vəziyyət kritik həddə çatdı: Əkilən məhsul sahələrdə məhv olub

Saatlı rayonunun Qaranuru  kəndində yaranan su çatışmazlığı sakinləri çoxsaylı problemlərlə üz-üzə qoyub. Hətta vəziyyət o yerə çatıb ki, nəinki suvarma suyu, içməli su sarıdan da sakinlər əziyyət çəkir. Əlacsız qalan sakinlər çıxış yolu kimi suvarmada kollektorlarda olan duzlu  sudan istifadə etməli olurlar.

Quruyan su kanalları və susuz qalan əkin sahələri. Kadrlar Saatlı rayonunun 10 min nəfərə yaxın  əhalinin yaşadığı Qaranuru kəndindəndir.

Vəziyyət artıq kritik hala gəlib. Sakinlər suvarmada şor sudan istifadə edir. Yaranan problem isə sakinləri ciddi narahat edir. 

Kənd sakinləri qey edir ki, bir neçə ay olar ki, kəndə gələn əsas suvarma kanalı tamamilə quruduğundan onlar əkin sahələrini və həyətyanı sahələri suvara bilmirlər. Bununda nəticəsində əkdikləri məhsulu götürmədən həmən sahələr susuzluqdan məhv olub. Məcbur qalıb şor suyu sahələrə ötürürlər.

Su qıtlığı nəinki sahələrdə olan kanallarda hətta kəndlərə gələn ana suvarma kanallarında da var. Kənd sakinləri, qeyd edirlər ki, artıq əkdikləri məhsul məhv olmaq üzrədir. Çünkü sahələr vaxtında sulanmayıb

Məsələ ilə bağlı  kənd icra nümayəndəsi Həmid Qasımov “XəzərXəbər”ə bildirib ki, kəndi əsasən suvarma və içməli su ilə təmin edən Əzizli kanalıdır ki, hazırda həmin kanalda suyun səviyyəsi minimum həddə düşdüyündən Qaranuru kəndinin su ilə təmin olunmasında  problemlər ortaya çıxıb.  Saatlı Suvarma Sistemləri İdarəsindən  isə bildirilib ki,  mövcud vəziyyətinin əsas səbəbləri rayona  daxil olan suyun azlığı və bugünlərdə suvarmaya olan tələbatın maksimum səviyyədə olmasıdır. Hazırda Əzizli kanalına daxil olan su digər yuxarı kəndlərdə bölüşdürüdüyü üçün Qaranuru kəndinə suyun verilməsində çətinlik müşahidə olunur. Və o kəndlərdə suvarma suyu yekunlaşan kimi Qaranuru kəndinə suyun verilməsi bərpa olunacaq deyə bildirilib.

Xəbər lenti

Çox oxunanlar