1920-ci ildə ölən kiçik qızın vəziyyəti görənləri qorxuya salıb.
1920-ci ildə pnevmoniya xəstəliyindən vəfat edən 2 yaşlı uşağın tabutdakı halı görənləri qorxuya salıb.
Belə ki, Rosalia Lombardo 1920-ci ilin dekabrında cəmi 2 yaşında ikən pnevmoniyadan ölüb. Kiçik qızın cəsədi Siciliyanın Palermo şəhərindəki Kapuçin Katakombalarında sərgilənib.
Onun sarı saçlarının və üz cizgilərinin dəyişməz qalması ilk dəfə görənlər tərəfindən həm təəccüblə, həm də qorxu ilə qarşılanıb. /azxəbər