Neftçalada narkotik əməliyyatı keçirilib. Kür çayını sahilində narkotik becərən şəxs iş üstündə yaxalanıb. Qəbələ və Bərdədə də narkotik maddələrin alqı satqı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib.
Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini iş başında yaxalandı
Neftçala Rayon Polis Şöbəsinə Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. rayonun Xıllı kənd sakini Ceyhun Həmzəyev çətənə bitkilərinə qulluq edən zaman "iş başında" saxlanılıb. Həmin əraziyə keçirilən baxış zamanı 42 kiloqram marixuana və yaş çəkisi 331 kiloqram olan 110 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Qəbələdə də külli miqdarda "patı" və digər narkotik vasitələr dövriyyədən çıxarılıb. keçirilən tədbir zamanı əvvəllər də eyni əmələ görə ümumilikdə 8 il məhkum olunmuş Lətif Mehralıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 200 qram metamfetamin , 90 qram tiryək, marixuana və iki ədəd elektron tərəzi aşkarlanıb. Onun evinə Baxış zamanı həmin ünvandadan 17 ədəd narkotik tərkibli çətənə bitkisi,120 qrama yaxın marixuana və 350 qram tiryək aşkar edilərək götürülüb.
Bərdədə isə polis 3 əməliyyat keçirib. Rayon sakini Rəşad Rəcəbov barəsində həbs qəti imkan tədbiri seçilmiş qardaşı Rəcəb Rəcəbova gətirdiyi sovqatın içində narkotik maddə olması şübhə edildiyindən həmin bağlamaya baxış keçirilib və 300 qram doşabın içində ona qarışdırılmış külli psixotrop maddə aşkar edilib. Araşdırma zamanı məlum olub ki, narkotik maddəni həbsdə olan həyat yoldaşına Aynurə Rəcəbova göndərib. O bilərəkdən narkotik maddəni həyat yoldaşı üçün göndərdiyini etiraf edib.
Polisin keçirdiyi digər əməliyyat zamanı rayon ərazisində narkotik maddələrin alqı satqı ilə məşğul olmaqda şübhəli bilinən Şamxal Babayev və Vasif Abdullayev saxlanılıb. Hər iki şəxsin üzərindən metamfetamin və heroin aşkar edilərək götürülüb.
Bərdə şəhərinin Füzuli küçəsi, təzə məhəllə adlanan ərazidə yaşayan rayon sakini Yurik İsmayılovun evində isə 16 kalibrli tək lüləli, qundağı və lüləsi kəsilmis ov tüfəngi, bir ədəd Makarov tipli tapança, 11 ədəd patronu, iki ədəd tapançaya aid daraq aşkar edilərək götürülüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.