Örüş ərazilərinin zəbt edilməsi də son günlər daha çox toxunduğumuz problemlər sırasındadır. Müxtəlif bölgələrdən çoxsaylı şikayətlər var. Amma bu gün Sabirabaddan danışacayıq. Demək rayonun Şıxsalahlı kəndinin ağsaqqalları , ümumən cammatın razılığı əsasında salınan örüş yerindən indi həmin sakinlər istifadə edə bilmirlər. Çünki iddiaya görə ərazi zəbt olunub.
Kəndlilərin örüş sahəsi zəbt edilib.
Sabirabadın Şıxsalahlı kənd sakinləri iddia edirlər ki, örüş torpaqları zəbt olunduğundan heyvandarlıqla məşğul olmaqda çətinlik çəkirlər.
Sakinlər heyvanlarını otara bilmədiklərindən , əlavə yem alırlar. Bu da onları əlavə xərcə salır.
Şıxsalahlı Kənd İcra Nümayəndəsi Seyidabbas Babayev xəzər xəbərə bildirib ki,sakinlərin iddia etdiyi ərazi bələdiyyənin əkin təyinatlı torpağı olub və heç vaxt örüş yeri olmayb. Vətəndaşların dediyi 0.5 sot ayrılmış torpaq sahəsinə gəldikdə kənd sakinləri üçün Osmanlı və Şıxsalahlı kəndləri arasında 25 hektar örüş yeri ayrılıb. Ondan da, əlavə ümüumi kəndin 167 hektar örüş yeri var. İddia olunan ərazi hazırda əkin sahəsidir.Sakinlər bunula bağlı müxtəlif aidiyyətı üzrə müraciətlər ediblər və cavab olaraq həmin ərazi əkin təyinatlı torpaq olaraq göstərilib. Hazırda həmin ərazidə əkin əkən şəxslərin müqaviləsinə ötən ilin dekabr ayından xitam verilib. Və vətəndaşlar əkdikləri məhsulu götürdükdən sonra 22 hektarlıq ərazi Rayon İcra Hakimiyyəti Tərəfindən şəhid ailələri və qazilərə paylanılacaq deyə bildirilib.