Qazı, suyu, işığı olmayan bir yaşayış məhəlləsi barəsində xəbərimiz var. İsmayıllıda yeni salınan bu məhəllədə 50-ə yaxın ailə yaşayır, əgər buna yaşamaq demək olarsa...
Yeni yaşayış məhəlləsi salınıb, ancaq burada heç bir zəruri infrastruktur nəzərə alınmayıb. Elə bu səbəbdən də məhəllədə nə işıq, nə qazı, nə də su xətti var. Söhbət İsmayıllı rayonundakı yeni yaşayış məhəlləsindən gedir.
Qəsəbədə yaşayan sakinlər bildirirlər ki, sözugedən ərazi 400-ə yaxın vətəndaşa bələdiyə tərəfindən verilib. Hazırda burada 50-yə yaxın ailə yaşayır. Sakinlər kommunal prolemlərlə bağlı aidiyyatı qurumlara müraciət etdiklərini, lakin problemin həll olunmadığını deyirlər.
Məsələ ilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyəti ilə əlaqə saxladıq. Qurumdan problemdən xəbərdar olduqlarını və bununla bağlı aidiyyatı qurumlara məlumat verdiklərini qeyd etdilər. İsmayıllı rayon elektrik şəbəkəsindən Yeni məhələnin elektrik lahiyəsinin işlənilib hazırlandığı və təsdiqləndiyi bildirildi. Tez bir zamanda layiəhinin icrasına başlanacağı vurğulandı. Azəriqaz İB -nin Ağsu Regional Qaz istismar idarəsinin İsmayıllı xidmət sahəsindən isə yeni salınan məhəllələrdə dövlət tərəfindən mərhələli şəkildə qazalaşmanın aparılıdığı bildirildi. Sözu gedən məhəllə barəsində quruma heç bir məlumat daxil olmadığı qeyd olundu.