Azərbaycan Qarabağın turizm potensialını qiymətləndirir. Bunun üçün Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərdə turizm potensialını qiymətləndirmək üçün ilkin diaqnostika aparır. Kəlbəcərlə bağlı diaqnostik qiymətləndirmələr artıq yekunlaşmaq üzrədir.
Bununla bağlı Dövlət Turizm Agentliyi Turizm Siyasəti və Strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov məlumat verib. Onun sözlərinə görə, Daşaltı, Tuğ, Hadrut və Suqovuşan ərazilərində turizm infrastrukturu qurulacaq.
Diaqnostik qiymətləndirmədən sonra hesabat hazırlanacaq. Bununla bağlı turizm ekspertlərinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunub.
Qurum rəsmisi onu da bildirib ki, Kəlbəcərlə bağlı diaqnostik qiymətləndirmələr də artıq yekunlaşmaq üzrədir.